Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Fransaya 81 min 701.93 ton xam neft ixrac edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında qeyd olunub.
Bildirilib ki, ixrac olunan məhsulun dəyəri 41 milyon 316.86 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycan xarici ölkələrlə 28 milyard 841.8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Xarici ticarət dövriyyəsinin 15 milyard 227 milyon ABŞ dolları ixracın, 13 milyard 614.8 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Azərbaycan altı ayda Fransaya 82 min tona yaxın neft ixrac edib