2020-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 7 min 424 çeşiddə məhsul idxal edib.
Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, idxal olunan məhsulların sektorlar üzrə bölgüsündə dövlət sektoru idxalın 16,9 faizini, özəl sektor 73,7 faizini, fiziki şəxslər 9,4 faizini təşkil edib.
Dövlət sektoru üzrə idxal olunan məhsulların dəyəri 1 milyard 635,6 milyon dollar, özəl sektor üzrə 7 milyard 139,3 milyon dollar, fiziki şəxslər üzrə 910,6 milyon dollar olub.
Belə ki, MDB ölkələrindən idxal olunan məhsulların ümumi dəyəri 2 milyard 493,3 milyon dollar və ya ötən ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz az, Avropa İttifaqı ölkələrindən 2 milyard 315,1 milyon dollar və ya 2019-cu ilin müvafiq dövrünə nisbətən 7,1 faiz çox, digər ölkələrdən idxal olunan məhsulların ümumi dəyəri isə 4 milyard 877,2 milyon dollar təşkil edib.
İdxal əməliyyatlarının həcminin, ən yüksək həddi sentyabr ayında qeydə alınıb, cari ayda idxal olunan məhsulların dəyəri 1 milyard 132,5 milyon dollar olub. Əməliyyatların həcminin ən aşağı həddi isə yanvar ayında müşahidə olunub və bu ayda 721,1 milyon dollar dəyərində məhsul idxal olunub.
Humanitar yük, təmənnasız kömək və texniki yardım məqsədli idxal edilmiş məhsulların dəyəri isə 42,4 milyon dollar həcmində olub.
Nigar Məmmədova