“Azərbaycan Dəmir Yolları” QSC elektrik təchizat sisteminin yenilənməsi məqsədi ilə yeni sərnişin və yük lokomotivlərinin alınmasını planlaşdırır.
Oxu.Az xəbər verir ki, bunu APA-Economics-ə açıqlamasında “Azərbaycan Dəmir Yolları”nın mətbuat xidmətinin başçısı rəisi Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, bununla bağlı müraciətlər olub və hazırda Avropanın bir sıra ölkələri, o cümlədən İspaniya, Çexiya ilə danışıqlar aparılır:
“Azərbaycan dəmir yolları nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı çərçivəsində yükdaşımalar üçün 50 lokomotivin, sərnişindaşımalar üçün isə 10 lokomotivin alınmasını nəzərdə tutmuşuq”.
Qeyd edək ki, dəmir yollarının elektrik təchizat sisteminin yenilənməsi ilə QSC-nin elektrik sisteminin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi planlaşdırılır.