Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan COP29-da əlavə təşkilati xərcləri öz üzərinə götürür
Azərbaycan hökuməti Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) maliyyə öhdəlikləri ilə yanaşı, birbaşa və ya dolayısı ilə tədbirlə əlaqədar olan faktiki əlavə xərcləri də öz üzərinə götürür.
"Report"un əldə etdiyi məlumata görə, bu, Milli Məclisin oktyabrın 8-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəfləri Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.
Qeyd olunub ki, müvəqqəti olaraq müəyyən edilən 5 milyon 811 min 800 ABŞ dolları miqdarında belə xərclərə katibliyin və Konfransı planlaşdırmaq, xidmət göstərmək və ya iştirak etmək üçün təyin edilmiş Birləşmiş Millətlər Təşkilatının digər rəsmi şəxslərinin səyahət və işçi hüquqları ilə bağlı faktiki əlavə xərclər, o cümlədən bu Sazişin bağlanmasından əvvəl həyata keçirilənlər də daxil olmaqla, Konfransı planlaşdırmaq üçün tələb olunan hazırlıq, texniki missiyalar üzrə xərclər, eləcə də informasiya və kibertəhlükəsizlik və veb-yayımı xidmətlərinin xərcləri aiddir, lakin bunlarla məhdudlaşmır.
Hökumət bu təxmin edilən məbləği vəsaitlərin köçürülməsi üçün Tərəflər arasında məktub mübadiləsi yolu ilə bağlanacaq ayrıca sazişə uyğun olaraq katibliyə köçürəcək.
"COP29" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 22.11.2024-ün ən mühüm hadisələri
- COP29-un "adsız qəhrəmanı": "Qarşındakı insanın xoş xatirəsinin bir parçası olmaq sevindiricidir"
- "COP29 - İqlim, Planet və Biz" kitabının təqdimatı keçirilib
- Yalçın Rəfiyev: "Həll olunmamış məsələlər üzərində iş davam edir"
- COP29-un on ikinci günü: Mavi Zona tədbirləri yekunlaşdı