Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda qazanxanada baş verən partlayışla bağlı araşdırmalara başlanıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ümumi sahəsi 40 kvadratmetr olan qazanxanada ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış nəticəsində qazanxana binası və ərazidə sahəsi 240 kvadratmetr olan tikilinin konstruksiyaları dağılıb, yaxınlıqdakı dördmərtəbəli binanın pəncərə şüşələri qırılıb, üç avtomobilə ziyan dəyib. Hadisə nəticəsində xəsarət almış altı nəfər müvafiq tibb müəssisələrinə yerləşdirilib. FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır", - məlumatda qeyd olunub.
Oktyabrın 7-də, saat 13 radələrində paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verməsi barədə Nizami Rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ilkin araşdırma zamanı qeyd olunan ünvanda yerləşən sexin ərazidə, ümumi sahəsi təxminən 40 kvadratmetr olan qazanxanada yanğınla nəticələnməyən partlayışın baş verməsi nəticəsində iki nəfər şəxsin xəsarət alması müəyyən olunub.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verməsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, hadisə yerinə 4 təcili tibbi yardım briqadası cəlb edilib:
"Altı nəfər (üçü kişi, üçü qadın olmaqla) müxtəlif bədən xəsarətləri ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə hospitalizasiya olunub. Onlardan bir nəfərin vəziyyəti kritik ağır, bir nəfərin vəziyyəti ağır, iki nəfərin vəziyyəti orta ağır, iki nəfərin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. Hazırda onların zəruri diaqnostik müayinələri aparılır".
"Təcili tibbi yardım briqadaları tərəfindən iki nəfərə (qadın cinsli) nevrotik reaksiya diaqnozu ilə yerində yardım göstərilib.
Sol sağrı üstü nahiyənin kəsilmiş yarası diaqnozu təyin edilən 39 yaşlı şəxs (qadın cinsli) isə ilkin yardımdan sonra hospitalizasiyadan imtina edib", - deyə məlumatda qeyd olunub.
Məhərrəm Əliyev
"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verməsi barədə məlumat daxil olub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar:
"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ümumi sahəsi 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub. Partlayış nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb".
"FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır", - deyə məlumatda qeyd olunub.
Daha çox oto burada: PhotoStock.az
Məhərrəm Əliyev