Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan elektromobil idxalını iki dəfə artırıb
Bu ilin yanvar-mart aylarında Azərbaycan 361 milyon ABŞ dolları dəyərində 19 571 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 14,6% çox və 5,9% azdır.
Üç ayda sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 23,9% azalaraq 35 ədəd (2,254 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 8,6% azalaraq 17 610 ədəd (315,79 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 3 615-i (117,985 milyon ABŞ dolları dəyərində) daxiliyanma mühərriki ilə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 830-u (35,309 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 18,6%, ikincinin isə iki dəfə artması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 33,1% artaraq 1 821 ədəd (32,372 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 13,2% azalaraq 105 ədəd (10,607 milyon ABŞ dolları dəyərində) olub.