Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən Azərbaycan Mərkəzi Bankı nəzdində fəaliyyət göstərmiş Azərbaycan İpoteka Fondunun yenidən təşkil yolu ilə “Azərbaycan İpoteka Fondu” ASC-nin (Fond) yaradılması ilə əlaqədar olaraq, Fondun hər birinin nominal dəyəri 1 manat olan 307 milyon 238 min 671 ədəd adi səhmlərinin buraxılışı AZ1001008684 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Səhmlərin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi nəzərdə tutulub.
Bu barədə Oxu.Az-a Palatadan bildirilib.
Xatırladaq ki, MBNP ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədilə Azərbaycan Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılıb.
U.A.
www.oxu.az