Azərbaycanın beynəlxalq kredit reytinqinin müəyyən olunması və digər işlərin qiymətləndirilməsi üçün ekspertlər cəlb ediləcək.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu, prezident İlham Əliyevin ötən gün imzaladığı “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununun tətbiqi barədə fərmanda öz əksini tapıb.
Fərmana əsasən, gələn il Azərbaycanın beynəlxalq kredit reytinqinin müəyyən olunması və digər işlərin qiymətləndirilməsi üçün ekspertlərin cəlb edilməsinə 2 milyon 700 min 500 manat ayrılıb.
U.A.
www.oxu.az