Sentyabrın 29-da Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclası başlayıb.
Oxu.Az xəbər verir ki, iclasda Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov, Bolqarıstanın iqtisadiyyat naziri Bojidat Lukarski iştirak edirlər.
İclasda Azərbaycan və Bolqarıstan respublikaları arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə protokol və memorandumların imzalanması gözlənilir.
Elvin Əhmədov