Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda 15-29 yaşlı gənclər arasında məşğulluğun və işsizliyin - STATİSTİKASI
Azərbaycanda 15-29 yaşlı gənclər arasında məşğulluğun və işsizliyin səviyyəsi açıqlanıb.
Oxu.Az APA-ya istinadən Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il işsizliyin səviyyəsi cəmi 5%, məşğulluq isə 95% təşkil edib.
“15-19 yaşlı gənclər arasında isə məşğulluq 84,1%, işsizlik isə 15,9% olub. 20-24 yaşlılar arasında məşğulluq 86,7%, işsizlik isə 13,3% olub. 25-29 yaşlı gənclər arasında məşğulluq 93,4%, işsizlik isə 6,6% təşkil edib.
Kişilər arasında məşğulluğun səviyyəsi 96%, işsizliyin səviyyəsi isə 4% olub. 15-29 yaşlı kişilər arasında məşğulluq 91,8%, işsizlik isə 8,2% təşkil edib.
Qadınlar arasında məşğulluq 94,1%, işsizlik 5,9% olub. 15-29 yaşlı gənc xanımlar arasında isə məşğulluq 88,2%, işsizlik isə 11,8% təşkil edib”, - məlumatda deyilib.