Bu ilin yanvar-iyul aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 908 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.3% artıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, neft məhsullarından mazut istehsalı 3.3 dəfə (230.0%), ağ neft istehsalı 9.5%, neft bitumu istehsalı 7.6%, sürtgü yağları istehsalı 7.1%, avtomobil benzini istehsalı 0.5% artıb.
Məlumata görə, hesabat dövründə ölkədə neft koksu istehsalı 15.3%, dizel yanacağının isə 1.3% azalıb.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri | 2024-cü ilin yanvar-iyul aylarında istehsal edilib | Əvvəlki ilin müvafiq dövrünənisbətən, faizlə | 01.08.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton | 842.7 | 100.5 | 31.9 |
Ağ neft, min ton | 366.0 | 109.5 | 32.2 |
Qazoyllar (dizel yanacağı), min ton | 1 333.5 | 98.7 | 89.4 |
Mazut, min ton | 13.1 | 230.0 | 4.3 |
Sürtkü yağları, min ton | 37.9 | 107.1 | 5.8 |
Maye qazlar, min ton | 114.5 | 81.2 | 1.4 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton | 649.9 | 104.8 | 39.0 |
ondan: | |||
neft bitumu, min ton | 148.1 | 107.6 | 16.1 |
neft koksu, min ton | 120.5 | 84.7 | 22.6 |