Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Binəqədidə binanın zirzəmisində yanğın baş verib
Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində binanın zirzəmisində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a bildirilib ki, yanğınla bağlı "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Paytaxtın Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yanğın hadisəsi baş verib.
Bizim.media xəbər verir ki, yanğın Süleyman Sani Axundov küçəsində yerləşən yeni tikilən binada baş verib.
Yanğına səbəbin elektrik naqillərdə olan problemlərdən qaynaqlandığı bildirilir. Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin əməkdaşları hadisə yerinə cəlb olunublar.
Yanğında ölən və xəsarət alan olmayıb.
"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
- Moskvada ticarət mərkəzində baş vermis yanğın söndürülüb
- FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı sürücülərə müraciət edib
- Yanğınların artmasının səbəbləri: Ehtiyatsızlıq, ya qəsd?
- Hövsanda güclü PARTLAYIŞ: "Yanğın elə güclü idi ki, uşaqlar özlərini ikinci mərtəbədən atdılar"
- Yanğında yanan maşınlara dəyən ziyanı kim ödəyəcək? - AÇIQLAMA