Azərbaycanda 3 ay ardıcıl olaraq qiymətlərin ucuzlaşması müşahidə olunmaqdadır.
Oxu.Az Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, iyul ayında iyun ayı ilə müqayisədə istehlak mallarının qiyməti və xidmət tarifləri 0,7%, o cümlədən ərzaq məhsullarının qiyməti 1,7% enib, xidmət tarifləri 0,1% artıb, qeyri-ərzaq mallarının qiymətləri isə iyun ayının səviyyəsində qalıb.
“Eyni zamanda qiymət və tariflər yeddi ay ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2%, qeyri-ərzaq mallarının qiymətləri 0,5%, xidmət tarifləri isə 3,3% artıb”.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında ölkədə illik inflyasiya 2% təşkil edib.
Elvin Əhmədov
www.oxu.az