Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda iqtisadi artım azalacaq - Hesabat
Asiya İnkişaf Bankı (AİB) 2017-ci ildə Azərbaycanda ÜDM-nin 1,3% azalacağını proqnozlaşdırır.
Oxu.Az "İnterfaks-Azərbaycan"a istinadən xəbər verir ki, bu barədə yenilənmiş “Asian Development Outlook 2017 Update: Growth Outlook” icmalında qeyd edilir.
Qeyd edək ki, AİB bundan əvvəl 2017-ci il üçün Azərbaycanda ÜDM azalmasını 1,1% səviyyəsində gözləyirdi.
Bankın qiymətləndirməsinə görə, 2018-ci ildə Azərbaycanda iqtisadi artım 1% təşkil edəcək (aprel proqnozu - artım 1,2%).
Hesabatda qeyd edilir ki, 2017-ci ilin birinci yarısında Azərbaycanda ÜDM azalması 1,3% təşkil edəcək, bu da ötən ilin analoji dövrünün göstəricisindən yaxşıdır (resessiya 3,4% təşkil edib). İlk növbədə sənaye sahəsində 5,8% səviyyəsində azalma olub. Neft hasilatının azalması da 2017-2018-ci illər üçün ÜDM-nin proqnozlarına təkrar baxmağa məcbur edir.
AİB-in proqnozlarına əsasən, 2017-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 14% təşkil edəcək (aprel proqnozu - 9%), 2018-ci ildə 10%-dək azalacaq (aprel proqnozu - 8%).
Bankın qiymətləndirməsinə görə, cari ilin yekunları üzrə Azərbaycanın tədiyyə balansının profisiti ÜDM-nin 5,6%-i (aprel proqnozu ÜDM-nin 5,9%-i), 2018-ci ildə 11%-i səviyyəsində proqnozlaşdırılır (aprel proqnozu - ÜDM-in 11,4%-i).
L.Ə.
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Ermənistanda Avropa-Rusiya atışması və Aİ üçün "saman çöpü"
- Xronika: "Azərbaycan indiyə qədər Ermənistandan istədiyini alıb və bundan sonra da alacaq"
- Avropa İttifaqının Ermənistana üzvlük vədinin arxasında nə dayanır?
- Tramp Avropa İttifaqını və Kanadanı daha sərt rüsumlarla hədələdi
- Avropa "müşahidəçiləri"nin Zəngilan və Laçın istiqamətlərində casusluq fəaliyyətinin görüntüləri