Azərbaycan Respublikası ərazisində mayın 30-dan 2015-2016-cı illər üçün ov mövsümü etibarən açıq elan edilib.
Oxu.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, Respublika ərazisində 2015-2016-cı illərin ov mövsümündə vəhşi heyvanların və quşların ovlanması müddətləri və normaları aşağıdakı kimi müəyyən olunub, vəhşi heyvanların və quşların sayının tənzimlənməsi məqsədilə onların ovlanmasına aşağıda göstərilən regionların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir:
Birdəfəlik ov icazəsinin qiyməti aşağıdakı kimi müəyyən edilib:
- Dağıstan turu (təkə) - 24 manat 75 qəpik;
- Qaban (çöl donuzu) - 16 manat 50 qəpik;
- Dovşan - 2 manat 20 qəpik;
- Cüllüt – 31 qəpik;
- Ördək – 99 qəpik;
- Qaşqaldaq – 31 qəpik;
- Qaz – 2 manat 53 qəpik.
Qeyd edək ki, ov üçün icazə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır. Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilib.
Ülviyyə R. Əli
www.oxu.az