2016-cı il may ayının 1-nə Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard 381,3 milyon manat təşkil edib. Bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 124,7 milyon manat və ya 9,92% çoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) cari ilin aprel ayının yekunları ilə bağlı açıqladığı hesabatda qeyd olunub.
Bundan başqa, bir öncəki ay ilə, yəni 2016-cı ilin mart ayı ilə müqayisədə apreldə problemli kreditlərin həcmi 54,8 milyon manat və ya 4,13% artıb.
Hesabat dövründə milli valyutada 9 milyard 723,1 milyon manat kredit verilib ki, bunun da 726,2 milyon manatının ödəmə vaxtı keçib.
AMB-dən qeyd olunub ki, qeyd olunan dövrdə xarici valyutada 9 milyard 35,6 milyon manatlıq kredit verilib ki, bunun isə 655,1 milyon manatının ödəmə vaxtı keçib.
Ümumilikdə, hesabat dövründə milli valyutada verilən kreditlərin 7,47%-nin, xarici valyutada isə verilən kreditlərin 7,25%-nin ödəmə vaxtı keçib.
Ülviyyə R. Əli
www.oxu.az