Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Dəyişikliyə əsasən, siyahıya Naftalan nefti əlavə edilib. Bundan sonra Naftalan neftinin qiymətini dövlət tənzimləyəcək.
İ.F.