Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin 2015-ci il martın 1-nə olan məlumatına görə, Azərbaycanda 2 mln. 366 min 967 nəfər kredit götürən (borc alan) şəxs var.
Oxu.Az-a bu barədə Mərkəzi Bankdan məlumat verilib.
Məlumatda qeyd olunur ki, onların böyük hissəsi 2 milyon 334 min 974 nəfəri fiziki şəxslər, daha sadə şəkildə desək istehlakçılardır, 10 877 hüquqi şəxs, 21 116 sahibkarlıq subyektləridir.
Artım tempinə görə istehlak kreditləri “rəqiblər”i qabaqlayır – maliyyə tsiklinin sonu üçün kredit götürənlərin siyahısına 24 min 359 nəfər əlavə olunub.
Hesabat dövründə kredit götürən hüquqi şəxslərin sayı 10 877 min nəfər, sahibkarlıq subyektlərinin sayı 21 116 min nəfər təşkil edib. Zamin şəxslərin sayı isə 1 milyon 089 min 624 nəfər (bir ayda 6, 019 nəfər artıb) təşkil edib.
Xatırladaq ki, AMB Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti 2005-ci ilin martından xidmət göstərir.