Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlanıb
Azərbaycanın bu il aprelin 1-nə 26 milyard 615.2 milyon manat təşkil etmiş daxili dövlət borcunun 8 milyard 847.6 milyon manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 9 milyard 153.7 milyon manatını isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 16%-i birillik, 73,8 %-i 2 və 3 illik, 10.2 %-i isə 5 il və daha artıq müddətli olub.
Dekabrın sonuna dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 1.33 il təşkil edib. Daxili maliyyə bazarında mövcud tələbatın əsasən qısamüddətli (3 ilə qədər) dövlət istiqrazlarında cəmlənməsi, daha uzun müddətə (5-7 illik) malik xəzinə istiqrazlarına isə marağın olmaması dövlət istiqrazları üzrə OÖM-ün aşağı düşməsinə səbəb olub.
"Maliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Sahil Babayev islahatlara BAŞLADI - Bəzi şöbələr LƏĞV EDİLDİ
- Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirib
- MN-dəki mənimsəmə ilə bağlı məhkəmə: "Nəcməddin Sadıkovun göstərişi ilə 800 min manat verilib"
- Heydər Əliyev iqtisadi çöküşün qarşısını necə almışdı? - Sabiq nazir tarixi hadisədən danışdı
- Dövlət büdcəsinin gəlirləri 14 milyard manata yaxınlaşıb