2016-cı ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 17 milyard 675 milyon 727,26 min dollar təşkil edib.
Oxu.Az-ın məlumatına görə, “Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xarici ticarət əməliyyatlarının həcmi 2015-ci ilə nisbətən 19,46% azalıb.
İdxal əməliyyatları üzrə 8 milyard 532 milyon 447,51 min dollar (2015-ci ilə nisbətən 7,42% azalıb), ixrac əməliyyatları üzrə isə 9 milyard 143 milyon 279,75 min dollar (2015-ci ilə nisbətən 28,17% azalıb) əməliyyat qeydə alınıb. Saldo isə müsbət 610 milyon 832,24 min dollar təşkil edib.
Dekabrda Azərbaycanın ixracı 828 milyon 371,62 min dollar, idxalı isə 809 milyon 377,35 min dollar təşkil edib. Saldo cəmi müsbət 18 min 994,28 min dollar olub.

U.A.
www.oxu.az