2016-cı ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən 25 sığorta şirkəti 325,34 milyon manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 42,19 milyon manat (14,9%) çoxdur.
Oxu.Az-ın məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) hesabatında bildirilib.
Şirkətlər həmin dövr ərzində 119,03 milyon manat məbləğində sığorta ödənişi edib ki, bu da il ərzində 13,6% artım deməkdir.
Ülviyyə R. Əli
www.oxu.az