Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanlılar Gürcüstan avtomobil bazarını Çinə niyə dəyişdilər?
Bir neçə il öncəyə qədər ölkəmizə avtomobillər daha çox Gürcüstan və bir çox Avropa ölkələrindən gətirilirdi. Lakin hazırda həmin ölkələrin siyahısı və bazarda vəziyyət tamamilə dəyişib.
Avtomobil satışı üzrə mütəxəssislər bildiriblər ki, indi ölkəmizə satış üçün avtomobillər daha çox Çin, Cənubi Koreya və Yaponiyadan gətirilir.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, bunun başlıca səbəblərindən biri Azərbaycana idxal edilən avtomobillərlə bağlı tətbiq edilən məhdudiyyətdir.
Ekspert qeyb edib ki, digər səbəblərdən biri də artıq xarici ölkələrdən birbaşa avtomobil gətirməyin daha əlverişli olmasıdır. Birbaşa Transxəzər marşrutu ilə daşınan avtomobillər nisbətən daha ucuz başa gəlir.
Ətraflı "Xəzər xəbər"in süjetində:
"avtomobillər" teqi üzrə xəbərlər
- Sənədləşmədə gecikmə, müştəriyə ödənilməli olan pulun yubadılması: Sığortadakı PROBLEMLƏR
- Dünyanın ən təhlükəsiz avtomobilləri açıqlandı - SİYAHI
- Yağışda avtomobili idarə etmək: Yolda riskləri necə azaltmalı?
- Bir partlayışın əks-sədası: "Chevrolet Cobalt"lara qaz balonlarını Azərbaycan şirkəti quraşdırır?
- Sükanı sağdan sola keçirilmiş avtomobilləri alan şəxslərin NƏZƏRİNƏ