Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanlılar Gürcüstana qoyulan investisiyaya görə üçüncüdür
Azərbaycan vətəndaşlarının Türkiyəyə sərmayə yatırımları artır.
Oxu.Az xəbər verir ki, bir il əvvəllə müqayisədə, bu il Gürcüstandakı Azərbaycan sərmayəsinin məbləği yarıbayarı azalıb.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstan iqtisadiyyatına 169,8 mln. ABŞ dolları məbləğində investisiya yatırıb, bu isə illik müqayisədə 53,5% azdır.
Gürcüstanın Milli Statistika İdarəsinin hesabatına görə, qonşu ölkə iqtisadiyyatına Azərbaycanın qoyduğu investisiyaların məbləği 2018-ci ilin birinci rübündə 56,2 mln. dollar, ikinci rübündə 80,5 mln. dollar, III rübündə isə 33,1 mln. dollar olub.
Üçüncü rübdə Gürcüstana yatırılmış birbaşa xarici investisiyalarda Azərbaycanın payı 10,3% olmaqla, ilk üçlükdə qərarlaşıb. Gürcüstana 139,8 mln. dollar investisiya qoyan Niderland birinci, 38,8 mln. dollar sərmayə ilə Cənubi Koreya ikinci yeri tutur.
Xarici sərmayələrin ən çox yatırıldığı sahələr istehsal, nəqliyyat və rabitə, energetika, daşınmaz əmlak, mehmanxana və restoran sektorudur.
İlhamə Abdullayeva
www.oxu.az
Oxu.Az yeniləndi!
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Koreyalı nazir: "İqlim dəyişikliyinin fəsadlarından ən çox gənclər zərər görəcəklər"
- Kim Çen In orduya tam döyüş hazırlığında olmağı tapşırıb
- ABŞ-də seçki ərəfəsində KXDR hərbi gücünü göstərir: Bir həftədə ikinci dəfə raket sınaqları keçirdi
- Şimali Koreya ABŞ-də seçki günü nüvə raketini sınaqdan keçirə bilər
- Cənubi Koreya kəşfiyyatı: "Kim Çen Ina sui-qəsd təşkil edilə bilər"