Ölkə energetikasının flaqmanı sayılan “Azərbaycan İstilik Elektrik Stansiyası”nda 2014-cü ilin birinci rübü uğurla yekunlaşıb.
Oxu.Az xəbər verir ki, “Azərenerji” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, stansiyada rüb ərzində 2 milyard 119,4 milyon kilovat-saat enerji istehsal edilərək ölkə enerji sisteminə ötürülüb.
“Azərenerji” ASC onu da bildirdi ki, hazırda stansiyada 6 enerji bloku işdədir və dispetçer yük qrafikinə uyğun olaraq sutka ərzində orta hesabla 25-27 milyon kilovat-saat elektrik enerjisi istehsal edilir. Bir enerji bloku ehtiyatda, 5 nömrəli enerji bloku isə əsaslı təmirdədir.
Gülnarə Zeynalova
www.oxu.az