Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, “AzeriLight” markalı neftin 1 barelinin qiyməti 0,16 dollar və ya 0,28 azalaraq 56,05 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin sifarişi əsasında “AzeriLight” markalı neftin ortamüddətli dövr üçün dünya bazar qiymətləri hesablanıb.
Həmin proqnoza görə, 2017-ci ildə neftimizin orta qiyməti 65 dollar, 2018-ci ildə 80,3 dollar, 2019-cu ildə 76 dollar, 2020-ci ildə 72 dollar olacaq.
U.A.
www.oxu.az