“Azəriqaz” İstehsalat Birliyi (İB) borcu olan abonentlərə xəbərdarlıq edib.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, “Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qazdan istifadəyə görə yaranmış debitor borclarını iyun ayının sonunadək tam ödəməyən abonentlərin qaz təchizatı 2014-cü ilin 1 iyul tarixindən etibarən qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.
Birlik bir daha bütün abonentlərdən təbii qazdan istifadəyə görə yaranmış borclarını vaxtında və tam ödəməyi xahiş edir.