Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən, lisenziyası ləğv olunan “Dekabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 5 milyon 585 min manat təşkil edir.
Oxu.Az APA-a istinadən xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu bankda qorunan əmanətlərin cəmi 3 milyon 767 min manat, kompensasiya olunan əmanətlər isə 2 milyon 807 min təşkil edir. Qorunan əmanətçilərin sayı 133 nəfərdir.
“Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 103 milyon 969 min manat, qorunan əmanətlərin cəmi 61 milyon 949 min manat, kompensasiya olunan əmanətlər isə 54 milyon 885 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 26 min 324 nəfərdir.
“Zaminbank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 53 milyon 632 min manat, qorunan əmanətlərin cəmi 53 milyon 631 min manat, kompensasiya olunan əmanətlər isə 36 milyon 350 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 10 min 742 nəfərdir.
“Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 24 milyon 272 min manat, qorunan əmanətlərin cəmi 20 milyon 956 min manat, kompensasiya olunan əmanətlər isə 32 milyon 914 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 3 min 544 nəfərdir”.
A.Cavadovun sözlərinə görə, kompensasiyaların verilməsi üçün hələ ki agent bank seçilməyib:
“Bu, məhkəmənin sığorta hadisəsinin baş verməsi ilə bağlı qərarından sonra bəlli olacaq”.
10:29
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən, lisenziyaları ləğv olunan “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-də ümumilikdə 140 mln. 300 min manat məbləğində qorunan əmanət var.
Oxu.Az APA-a istinadən xəbər verir ki, bu barədə MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Əmanətlərə gəlincə, lisenziyası ləğv olunan dörd bankda əhalinin 140 milyon 300 min manat məbləğində qorunan əmanəti var. Bu vəsait Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılacaq. Belə ki, adıçəkilən banklar fondun üzvüdür. Lazım olarsa, Mərkəzi Bank likvidlik dəstəyi göstərəcək”, - deyə sədr qeyd edib.
Bu gün Beynəlxalq Bank və Bank Standard problemi banklardır.
Trend-in məlumatına görə R.Aslanlı deyib ki, Azərbaycan Beynəlxalq Bankı və Bank Standarddan başqa ölkədə bu gün problemli bank yoxdur.
Onun sözlərinə görə, bu bankların bağlanması ilə bağlı məsələ bu gün gündəmdə deyil.