Əmanətlərin Sığortalanması Fondu (ADIF) ötən il lisenziyası ləğv edilmiş 11 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.
Fonddan Oxu.Az-a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 747,793 mln. manat ödənilib.
Bunlardan ləğv prosesində olan “Atrabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 31 milyon 024 min manat olmaqla, onlardan 26 milyon 995 min manatı qorunan əmanətlər, o cümlədən 14 milyon 614 min manatı kompensasiya olunan əmanətlərdir. Qorunan əmanətçilərə ümumilikdə 14 milyon 351 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) və 263 min 316 manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
“Qafqaz İnkişaf Bankı” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 11 milyon 996 min manat olmaqla, onlardan 6 milyon 617 min manatı qorunan əmanətlər, o cümlədən 2 milyon 090 min manatı kompensasiya olunan əmanətlərdir. Qorunan əmanətçilərə ümumilikdə 2 milyon 004 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 95,8%-i) və 86 min 452 manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
QSC “Bank Standard”da fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 596 milyon 499 min manat olmaqla onlardan 554 milyon 593 min manatı qorunan əmanətlər, o cümlədən 441 milyon 154 min manatı kompensasiya olunan əmanətlərdir. Qorunan əmanətçilərə ümumilikdə 437 milyon 609 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 99,2%-i) və 3 milyon 544 min manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
“United Credit Bank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 3 milyon 550 min manat olmaqla, onlardan 3 milyon 230 min manatı qorunan əmanətlər, o cümlədən 2 milyon 099 min manatı kompensasiya olunan əmanətlərdir. Qorunan əmanətçilərə ümumilikdə 1 milyon 837 min manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 87,5%-i) və 262 min 485 manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.
“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixə qədər qorunan əmanətçilərə 24 milyon 191 min (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənilib.
“Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 04 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixədək qorunan əmanətçilərə 976 min 441 manat (yəni ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya ödənilib.
“Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 12 fevral 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərinə 120 milyon 400 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya ödənilib.
“Parabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərinə 43 milyon 222 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,5%-i) kompensasiya ödənilib.
“Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərə 72 milyon 196 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,3%-i) kompensasiya ödənilib.
“Kredobank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərə 27 milyon 914 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,9%-i) kompensasiya ödənilib.
“Dekabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 il müddət 01 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərə 3 milyon 088 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,7%-i) kompensasiya ödənilib.
L.Ə.