Puerto-rikolı müğənnilər Luis Fonsi və Deddi Yankinin “Despacito” adlı mahnısı “YouTube” tarixində ən çox izlənilən video olub.
Oxu.Az bu barədə The Guardian-a istinadla xəbər verir.
Video yeddi ay ərzində 3 milyarddan çox baxış sayı toplayıb.
“Despacito” bu rəqəmlə amerikalı ifaçılar Uiz Xalifa və Çarli Putun “See you again” mahnısını qabaqlayıb. Əvvəllər isə liderliyi 5 il ərzində cənubi koreyalı müğənni PSY və onun “Gangam style” mahnısı edib.