Bakı Metropolitenində “bənövşəyi xəttin” tikintisi çərçivəsində “Xocəsən” yeni elektrodeponun tikintisinə hazırlıq gedir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, tikintiyə artıq yaxın zamanda başlamaq nəzərdə tutulub.
N.Paşayev qeyd edib ki, tikintiyə hazırlıq “Dərnəgül” deposunun sahəsində də gedir, bu ərazidə yerləşən məcburi köçkünlər başqa yerə köçürülüb. O, əlavə edib ki, deponun ərazisində administrativ binaların, kommunikasiya xətlərinin və peronların tikilməsi nəzərdə tutulub.
Qeyd edək ki, hal-hazırda “Bakı Metropoliteni” QSC-nin bir elektrodeposu var.