Hər kəsin səbirsizliklə gözlədiyi “Influencer Day Baku” tədbiri dünən baş tutdu.
Oxu.Az xəbər verir ki, tədbir haqqında məlumatlar, şəkillər sürətlə sosial mediada yayıldı.
300 nəfərin qatıldığı “İnfluencer Day Baku” ilk dəfə keçirilməsinə rəğmən, çox uğurlu oldu və hər kəsdə uzun müddət yaddaşlardan silinməyəcək iz, maraqlı təəssüratlar qoydu. Tədbir maraqlı və maarifləndirici olmaqla yanaşı, həm də yeni biznes əlaqələri yaratmaq üçün əla vasitə oldu.
Emin Vəli "Sosial Era" marketinqi haqqında, Vaqif Abbasov “Keepface Influencer” marketinqi haqqında, Elşad Yusifli isə “Influencer və data analizi” haqqında maraqlı çıxışlar etdi, daha sonra qonaqları maraqlandıran sualları cavablandırdılar.
İrəliləyən dəqiqələrdə isə panel müzakirəsi başladı. Moderator “Khazar Ventures”in həmtəsisçisi Məmməd Kərim, panel iştirakçıları isə “Trade Mark Leo Burnett Azerbaijan”ın direktoru Abbas Fətullayev, “Cavan.az” layihəsinin marketinq direktoru Mehriban Həsənova, “Azər Türk Bank”ın strateji planlaşdırma və marketinq şöbəsinin müdiri Leyla M. Yaşar, aktyor və ssenarist Erkin Ergin, “Offside səhifəsi”nin admini" Ruslan Mirzəliyev idi. Panel iştirakçıları “influencer marketinq” haqqında təcrübələrini, “Keepface influencer” platforması haqqında təəssüratlarını bölüşdülər.
Nəhayət, hamının gözlədiyi "influencer"lərin mükafatlandırılması anı gəlib çatdı. İlk öncə onu qeyd edək ki, “Keepface” heyəti mükafatlandırma zamanı sosial mediada maraqlı və maarifləndirici məzmun yaradan, “influencer”lik fəaliyyətində yeni olan şəxslərə üstünlük verdi.
Son zamanlarda videoları ilə gündəm olan, sosial mövzulara toxunan - Əlixan Rəcəbov;
Dəb sahəsində maraqlı, faydalı bloq-postlar hazırlayan - Şəbnəm Mahmudlu;
Makiyaj kateqoriyası üzrə son zamanlar paylaşımlarına görə tanınan - Nəzrin Əliyeva;
Faydalı videolarına həvəslə sonuna qədər baxdığımız, zehnimizi silkələyən - Fuad Əliyev;
Cəmiyyətdə olan sosial mövzuları statusları ilə maraqlı şərh edən - Həmid Həmidli;
Elmi-intellektual paylaşımları ilə maraq qazanan - Yalçın İslamzadə;
Dünyada kəşf ediləcək yerləri bizlərə tanıdan, sözün əsl mənasında, zirvələri fəth edən - Baba Ağayev;
Mütəmadi bloq yazılaı ilə maarifləndirici tövsiyələr verən - İlham Əli Yusif;
İştahımızı artıran, paylaşımları ilə göz zövqümüzü oxşayan - Günel Fərhadlı;
Həftə sonlarını xüsusi menyuları ilə dadlandıran - Aygün İsmayılzadə;
Öyrədici videolar hazırlayan və Azərbaycan dilində kontent inkişafına dəstək olan ana bloqer - Səma Abıyeva öz fəaliyyətlərinə görə mükafatlandırıldılar.
Mükafatlandırma mərasimindən sonra qonaqlar “Dreamland Baku Golf Villas & Residences”də yerləşən “Subis Sun” Beynəlxalq məktəbi ilə tanış oldular. Orada yerləşən qolf mərkəzinə gedərək, təlimçilərin köməyi ilə ilk qolf təcrübələrini yaşadılar. “Dreamland”də yerləşən villalara da ekskursiya etdilər.
Tədbir həzin caz sədaları altında şam yeməyi və networking ilə sona çatdı.
Tədbirin təşkilatçısı “Keepface DMCC”, baş sponsoru “Dreamland Baku Golf Villas & Residences”, rəsmi telekom tərəfdaş isə “Bakcell” şirkətidir. Tədbirin digər sponsorları “Chelebi”, “Hooki Cafe”, “Az-Granata”, “Vitam və Trade Mark Leo Burnett Azerbaijan” şirkətləridir. “Photo Artillery” qonaqların maraqlı şəkillərini çəkdi və elə oradaca təqdim etdi. Həmçinin “Gravity inc” öz komandası ilə bütün tədbiri işıqlandırdı.
E.Ə.
www.oxu.az