2025-ci ilin yanvar-may aylarında Bakı şəhərində muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8.1% artaraq 1374.9 manat təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Qeyd edək ki, bu dövrdə Azərbaycanda muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9.1 faiz artaraq 1095 manata bərabər olub.
Rəna İmaməliyeva
Qaynar xətt:
(055) 224 12 12