"Bakı Metropoliteninin "bənövşəyi xətt"i üzrə tikilməkdə olan, şərti adı "B-4" olan yeni stansiyası bu ilin ikinci yarısında istifadəyə veriləcək".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Tikinti layihələrinin idarə edilməsi departamentinin rəisi Məmməd Rzayev deyib.
O bildirib ki, yeni metro stansiyasında hazırda işlər sürətlə davam etdirilir:
"Dəmir-beton konstruksiya işləri demək olar ki, bitib. Metro stansiyanın tuneli hazırdır, Stansiya daxilində mexaniki hissədə havalandırma, yanğın təhlükəsizliyi və sair elektrik təchizatı üzrə işlər yekunlaşmaq üzrədir. Stansiyanın interyer-memarlıq dizaynı Türkiyənin məşhur şirkəti tərəfindən tam yenilənib və həmin layihə üzrə material tədarükü başlanılıb".
M.Rzayev bildirib ki, yeni stansiyada 19 eskalator nəzərdə tutulub: "Onlardan 12-si artıq quraşdırılıb, digərləri ardıcıllıqla quraşdırılır. Stansiya bu ilin ikinci yarısında sərnişinlərin istifadəsinə veriləcək".
Samir Əli