Bu gün Bakıda daha bir prospektdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, saat 11:00-dan etibarən xətlənmə işlərinin aparılması ilə əlaqədar Heydər Əliyev adına Beynəlxalq Hava Limanından “Buta Palace”-a qədər olan ərazidə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bununla yanaşı, xətlənmə işlərinin aparılması ilə əlaqədar “Buta Palace”-dan Sabunçu yol qovşağına qədər olan ərazidə nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.
P.Mürsəliyevin sözlərinə görə, hər iki ərazidə xətlənmə işlərinin saat 18:00-da başa çatdırılması nəzərdə tutulub.