Bildiyiniz kimi “Miss Eurovision of Azerbaijan” gözəllik müsabiqəsinə final hazırlıqları davam edir.
Oxu.Az xəbər verir ki, müsabiqənin finalına qardaş ölkədən məşhur modelimiz Günay Musayeva ilə yanaşı, tanınmış model-aktrisa Ece Gürsel, dünyanın ən qabaqcıl moda ölkələrində dəfiləsi olmuş məşhur modelyer Çiğdem Akın, “Muhteşem Yüzyıl” və “Arka Sıradakilər” serialında əsas rolda oynamış Gurbey İleri, dünyanın məşhur estetik cərrahlarından biri olan Bülent Cantimur jüri kürsüsündə oturacaq.
Bu haqda Oxu.Az-a “High Life Fashion & Model Academy”nin baş direktoru və “Miss Eurovision of Azerbaijan” gözəllik müsabiqəsinin təşkilatçısı Aqil Məmiyev məlumat verib.
“Miss Eurovision of Azerbaijan” gözəllik yarışmasının finalını, iyul ayının 11-də Kral TV ilə yanaşı, Türkiyənin ən tanınan maqazin proqramlarından biri olan Kanal D-nin “D Magazin” proqramı və Kanaltürk televiziyasının “Hayatın rengi” işıqlandıracaq.
Aytən Sadıqzadə
www.oxu.az