Bu gün Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz nəqli sistemində siyirtmənin quraşdırılması, mövcud qaz kəmərinin qaz təchizatı mənbəyinə qoşulması və təmir işləri ilə əlaqədar bu gün saat 11:00-dan 14:00-dək Yasamal, saat 18:00-dək Şamaxı, Abşeron və Binəqədi rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.