Müştəri məmnuniyyətini düşünərək bu addım kart istifadəçiləri üçün çox sərfəli və rahat şərtlərlə vəsaitlərini iki bankın ATM şəbəkəsi vasitəsi ilə nağdlaşdırmağa imkan yaradır.
İndi “Bank Respublika”nın bütün əməkhaqqı kart istifadəçiləri “Rabitəbank” ATM-lərindən vəsaiti 0% komissiya ilə nağdlaşdıra bilərlər. Bankın digər kartları ilə nağdlaşdırma zamanı 1% komissiya tutulacaq.
Beləliklə, iki bankın birləşməsi nəticəsində bankomat şəbəkəsi ümumilikdə 91-ə çatdırılmışdır. Ölkənin aparıcı banklarının bankomat şəbəkələrinin birləşməsi kart məhsullarını istehlakçılar üçün daha cəlbedici edəcək və onların bağlılığını daha da artıracaq.
Bu gün ATM şəbəkələrinin birləşməsi xidmət infrastrukturunun genişləndirilməsinə və müştərilərin rahatlığına xidmət edir.
U.A.
www.oxu.az