Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 sentyabr 2017-ci il tarixinə cəmi aktivləri 26,163.6 milyon manat, cəmi öhdəlikləri isə 23,145.0 milyon manat təşkil edib.
Oxu.Az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, sektorun balans kapitalı 3,018.6 milyon manat olub.
İlin əvvəlinə nisbətən bank aktivləri 16,8% azalıb. Bankların aktivlərinin 45,7%-ni və yaxud 11 966,9 mln. manatını müştərilərə verilən kreditlər təşkil edib. Kredit portfeli sentyabrın ayının əvvəli ilə müqayisədə 59,7 mln. manat və ya 0,50% artıb. İlin əvvəlindən bankların müştərilərə verdiyi kreditlərin həcmi 3 mlrd. 833,3 mln. manat və ya 24,24% azalıb.
Bankların depozit portfelinə gəlincə, 15 362,4 mln. manat olub. Bunun 6 999,5 mln. manatını fiziki şəxslərin depozitləri, 8 362,9 mln. manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib. İlin əvvəlindən əmanətlər 5,8%, şirkətlərin vəsaitləri isə 6,85% azalıb.
Hesabat dövründə Mərkəzi Bankın banklara qarşı 570,8 mln. manat məbləğində öhdəliyi mövcud olub. Sentyabr ayının əvvəli ilə müqayisədə bu məbləğ 38,5 mln. manat (6,32%) azalıb.
L.Ə.