Bu gün banklararası ticarətdə dollar növbəti dəfə ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.6906 manat kursu ilə başlayıb. Nəticə etibarilə 1.6861 manata qədər ucuzlaşıb. Beləliklə, dollar manat qarşısında 0,82% dəyər itirib.
Xatırladaq ki, ötən gün “Bloomberg”də dollar ticarəti 1.7000 manat məzənnəsi ilə yekunlaşmışdı.
L.Ə.