Azərbaycan banklarında əmanətlər azalıb.
Oxu.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, may ayında banklara qoyulan əmanətlərin həcmi 119 mln. manat və ya 1,55% azalaraq 7 mlrd. 566 min manata enib.
Ümumilikdə, bu ilin əvvəlindən indiyədək banklarda əmanətlər təqribən 2 milyard manat azalıb. – ilin əvvəlində əmanətlər 9 milyard 9 473,9 milyon manat idi.
May ayında fiziki şəxslərin milli valyutadakı əmanətləri 39,9 milyon və ya 2,83% artaraq 1 mlrd. 447,5 mln. manat təşkil edib. Bu göstərici ilin əvvəlində 1 milyard 420,2 milyon manat idi. Ötən ilin eyni dövrü ilə müqayisədə isə əmanətlərin həcmi 725,1 mln. manat və ya 33,37% azalıb.
Xarici valyutada əmanət qoyuluşu isə 158,9 mln. manat, başqa sözlə, 2,53% azalıb. Hesabat dövründə xarici valyutada olan əmanətlər 6 mlrd. 118.4 mln. manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 689,9 mln. manat və ya 12,71% çoxdur.