Son zamanlar kommersiya banklarında rubl qıtlığı yaranıb.
Buna görə də əksər banklarda rublla aparılan əməliyyatlar dayandırılıb. İqtisadçılar isə bunu Rusiya Mərkəzi Bankının apardığı siyasətlə əlaqələndirir.
Bir neçə həftədədir banklarda rubl qıtlığı yaşanır. Buna görə də valyuta kursunu göstərən elektron lövhələrdən rublun məzənnəsi götürülüb. Bəzilərində məzənnə qeyd edilsə də kassalarda rubl alınmır.
Banklardan verilən açıqlamada rubl əməliyyatlarının dəqiq nə vaxt bərpa ediləcəyi qeyd edilməyib. İqtisadçılar isə rubl qıtlığının Rusiyanın Mərkəzi Bankının apardığı siyasətlə əlaqəli olduğunu deyir.
Ekpertlər qeyd edir ki, bu siyasətin bir hissəsi olaraq Rusiya banklarından rublla göndərişlər də qadağan edilib. Yəni bu ölkədən pul göndərən soydaşlarımız rublu manatla dəyişərək göndərir ki, bu, əlavə itkilərə səbəb olur. Ona görə də həmin pulu nağd olaraq ölkəyə gətirmək əlverişlidir.
Oxu.Az “Xəzər Xəbər”-ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir: