Kommersiya banklarının dollara olan təlabatı təklifi dəfələrlə üstələyir.
Oxu.Az xəbər verir ki, Fins.az-ın bank dairələrindən əldə etdiyi məlumata görə, bu gün keçirilən valyuta hərracında bankların tələbi 604,5 milyon dollar olub. Bu da hərraca çıxarılan valyutadan 12,1 dəfə çoxdur.
Buna baxmayaraq, Dövlət Neft Fondu hərraca 50 milyon dollar çıxarıb. Onun isə ancaq 46 milyon dolları 25 banka satılıb.
12:44
Bu gün Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 46 milyon ABŞ dolları məbləğində vəsait 25 banka satılıb.
Bu barədə SOFAZ-dan Oxu.Az-a bildirilib.
İl ərzində Neft Fondu tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Ülviyyə R. Əli
www.oxu.az