Azərbaycanda əmanətlərin sığortalanması mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, bu haqda İqtisadiyat Nazirliyi tərəfindən hazırlanan 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində qeyd edilir.
Sənəddə pul mücrüsü yanaşmasından risk-əsaslı sığorta haqları sistemi yanaşmasına keçidin təmin edilməsi nəzərdə tutulur.
Kredit proseslərinin effektiv təşkil olunması məqsədilə geniş funksiyalara malik kredit bürolarının yaradılması, özəl kredit bürolarının yaradılmasının təşviqi, onlarla Mərkəzləşdirilmiş Kredit Reyestri arasında məlumat mübadiləsinin təşkili, milli reytinq agentliklərinin yaradılması imkanlarının qiymətləndirilməsi, tranzaksiya xərclərinin azaldılması və sürətinin artırılması məqsədilə milli ödəniş sisteminə inteqrasiya olunmuş qiymətli kağızların klirinq sisteminin yaradılması, sığortalıların mərkəzi reyestrinin yaradılması, maliyyə sisteminə dəstəkverici hüquqi çərçivənin gücləndirilməsi, girov münasibətlərinin hüquqi və təşkilati bazasının təkmilləşdirilməsi və prosedurların sadələşdirilməsi də prioritet istiqamətlər kimi müəyyən edilib.
L.Ə.