Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Baş nazirdən qərar - Məmur olmaq istəyənlər qayınları və baldızları haqqında da məlumat verməlidir
Nazirlər Kabinetinin “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 11 iyul tarixli qərarı dəyişdirilib.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara görə, “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əlavə - “Dövlət qulluğu üzrə müraciət Forması”nda dəyişikliklər edilib.
Dəyişikliklə bu məzmunda 2.4-cü bənd əlavə olunub:
“2.4. fərdi identifikasiya nömrəsi (FİN) ____________”.
Sənədin 14-cü hissəsi isə ləğv edilib.
Qeyd edək ki, əvvəlki qərarın 14-cü hissəsində bildirilirdi ki, müvafiq orqan Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunmuş namizədlərin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasını yoxlayır.
16-cı hissəyə “qayınananız” sözündən sonra “qayınlarınız, baldızlarınız” sözləri, “Doğulduğu tarix” sözlərindən sonra “(gün, ay, il)” sözləri əlavə edilib.
Bundan əvvəlki qərarda isə yalnız ata, ana, qardaşlar, bacılar, ər, arvad, uşaqlar, qayınata və qayınana haqqında məlumat vermək tələb olunurdu.
Aqşin Kərimov
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Əli Əsədovdan bağça müəllimləri ilə bağlı QƏRAR
- Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunu yoxlanılması üçün qaydalar təsdiq edildi
- Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub
- Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası keçirilib
- TƏBİB tabeli tibb müəssisələrinin siyahısında dəyişiklik edildi