Manatın iki dəfə devalvasiyaya uğraması nəticəsində bankın aktivlərinin keyfiyyətində azalma, problemli kreditlərin artması, likvidlik mövqeyinin zəifləməsi səbəbindən Azərbaycan höküməti Beynəlxalq Bankın və onun törəmə şirkətlərinin kapital mövqeyini möhkəmləndirmək üçün bir sıra tədbirlər görüb.
Oxu.Az Fins.Az-a istinadən xəbər verir ki bu barədə Azərbaycan Beynəlxalq Bankının (ABB) audit hesabatında əks olunub.
2015-ci ilin martın 29-da 51 min 95 min manat nominal dəyərində 189 min 240 səhm emissiya edib. Bundan sonra ölkə prezidenti dövlət səhmlərin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırması tədbirləri haqqında fərman imzalamışdı.
Yeni idarəetmə strategiyasının əsas məqsədi ABB qrupuna daxil olan şirkətlərin xarici borcunun restrukturizasiya edilməsi, kapital çatışmazlığının aradan qaldırılması, təşkilatı strukturun təkmilləşdirilməsidir.
Qrupdan problemli kreditlərin “Aqrarkredit” QSC-ə ötürülməsi üzrə aktiv maliyyə əməliyyatları aparılıb. Ötürmə dəyəri qrupun bütün balans və balansdankənar hesabları daxil olmaqla tam dəyər hesab olunması nəzərdə tutulub.
Beləliklə, 2015-2017-ci illər ərzində ABB-nin öz portfelini hissələrlə “Aqrarkredit” QSC-ə ötürülməsi üzrə mərhələli plan hazırlanıb. Artıq bankın yeni rəhbərliyinin hazırladığı strategiya əsasında ötürülmə prosesi və gəlirliyi artırmaq üçün əməliyyatların təkmilləşdirilməsinə başlanılıb.
Proses isə belədir:
Problemli kreditlərin alınmasını maliyyələşdirmək məqsədilə “Aqrarkredit” QSC tərəfindən 4 milyard məbləğində istiqraz buraxılıb. Həmin istiqrazlar isə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən alınıb.
Qrupun rəhbərliyi 28 dekabr 2015-ci il tarixində problemli kreditlərin tanınmasını dayandıraraq ikinci mərhələ üzrə “Aqrarkredit”dən 5,3 milyard manat məbləğində diskontlaşdırılmış alınacaq vəsaitləri uçotda tanımışdır.
Qrup aktivlərin ötürülməsinin birinci və ikinci mərhələləri ilə əlaqədar “Aqrarkredit”dən bir milyard manat əldə edib.