Beynəlxalq Enerji Agentliyi (BEA) növbəti hesabatını açıqlayıb.
Oxu.Az xəbər verir ki, agentliyin hesabatında OPEC-in istehsalı artırması fonunda qlobal neft bazarlarının yenidən tarazlaşmasına ümidlərin azaldığı qeyd olunub.
Hansı ki, iki ay əvvəl qurum neft bazarlarının yenidən tarazlığa qovuşduğunu açıqlamışdı.
Hesabatda qeyd edilir ki, qlobal neft tələbinin artması və OPEC-in hasilatı azaltması nəticəsində neft ehtiyatlarında azalma gözlənilsə də ilin əvvəlindən tətbiq edilən OPEC+ razılaşmasının effektivliyi aşağı olub.
O da vurğulanıb ki, ilin ikinci rübündə bazarın sabitləşib-sabitləşməyəcəyini proqnozlaşdırmaq çətindir: “Bunun üçün bir qədər gözləməliyik”.
L.Ə.