Beynəlxalq Valyuta Fondu (International Monetary Fund, IMF) Azərbaycanda hökm sürən yüksək inflyasiya şəraitində sərt pul-kredit siyasətinin həyata keçirilməsinin tərəfdarıdır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə IMF-in hesabatında bildirilib.
“Qafqaz və Mərkəzi Asiya regionunda yerləşən neft ixrac edən ölkələrdə bu il inflyasiya 2008-ci ildən etibarən ilk dəfə ikirəqəmli səviyyəyə çatıb.
İnflyasiya təzyiqinin yüksək olduğu Azərbaycanda pul-kredit siyasətinin sərtləşdirilməsi aktuallığını qoruyur”, - deyə fondun hesabatında qeyd olunub.
U.A.
www.oxu.az