Bu gün də bir sıra banklarda ABŞ dollarının alış və satış qiymətlərinin qalxdığı müşahidə olunur.
Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, martın 28-i ilə müqayisədə “Amrahbank” dolların alış qiymətini 1,70 manatdan 1,71 manata, satışı isə 1,73 manatdan 1,7380 manata qaldırıb.
Bundan başqa, “Bank BTB” alışı 1,7050 manatdan 1,71 manata, satışı isə 1,73 manatdan 1,74 manata, “CDB Bank” alışı 1,6550 manatdan 1,67 manata, satışı isə 1,74 manatdan 1,75 manata, “Ziraat Bank Azərbaycan” alışı 1,6850 manatdan 1,69 manata, satışı isə 1,7350 manatdan 1,74 manata, “Azərbaycan Sənaye Bankı” alışı 1,69 manatdan 1,70 manata, “Azər Türk Bank” alışı 1,67 manatdan 1,68 manata, satışı isə 1,73 manatdan 1,7350 manata, “Expressbank” alışı 1,69 manatdan 1,71 manata, satışı 1,7280 manatdan 1,7350 manata, “AtaBank” alışı 1,69 manatdan 1,70 manatadək artırıb.
Qeyd edək ki, rəsmi məzənnə 1,7201 manatdan 1,7220 manata qalxıb. 28 mart 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın orta çəkili məzənnəsi 1,7220 səviyyəsində formalaşmışdır.
Novruz bayramından bu yana Azərbaycanda dolların bahalaşması müşahidə olunur.
U.A.
www.oxu.az