“Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə danışıqlar gedir və biz də bu danışıqlarda aktiv iştirak edirik. AÇG-nin çox böyük gələcəyi var və biz burada işləmək fikrindəyik. Amma təbii ki, qərar Azərbaycan hökumətindən asılıdır”.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi mətbuat konfransında BP Azərbaycanın prezidenti Qordon Birrell deyib.
Q.Birrellin sözlərinə görə, BP növbəti il üçün AÇG yatağında hasilatın sabit qalmasına çalışacaq:
“Düşünürəm ki, biz çalışmalıyıq AÇG yatağında hasilatı sabit saxlayaq, yaxud bir qədər azalmaqla hasilatın sabit qalmasına nail olaq”.
BP rəsmisi deyib ki, 2016-2017-ci illər üçün neft qiymətlərinin qalxması gözlənilmir:
“Biz 2016-2017-ci illərdə nəinki neft qiymətlərinin qalxmasını, hətta aşağı neft qiymətləri şəraitində investisiyaların cəlb edilməsinə nail olmalıyıq”.
U.A
www.oxu.az