"Cəbrayılda inşa ediləcək "Günəş-Şəfəq" Elektrik Stansiyası üçün 13 milyon dollar dəyərində solar panellər əraziyə gətirilib".
Oxu.Az xəbər verir ki, bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli III Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Cəbrayılda Günəş elektrik stansiyasının inşaatı BP-nin Azərbaycanda bu vaxtadək fəaliyyət göstərmədiyi yeni sahə ilə bağlıdır və layihələr müasir dövrün çağırışları əsasında həyata keçirilir:
"Artıq panellərin 20 faizi əraziyə çatdırılıb və yaxın zamanda stansiyanın tikintisinə başlanacaq".
Elmidar Əliyev